Bank Of Baku

Mixail Saakaşvili: “Qars-Tiflis-Bakı dəmir yolu layihəsinin reallaşması ilə Gürcüstan Avropa dəmir yolu şəbəkəsinə qoşulmuş olacaq”

Mixail Saakaşvili: “Qars-Tiflis-Bakı dəmir yolu layihəsinin reallaşması ilə Gürcüstan Avropa dəmir yolu şəbəkəsinə qoşulmuş olacaq”
# 20 dekabr 2006 14:45 (UTC +04:00)
Türkiyədə səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınçla görüşüb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, M. Saakaşvili Türkiyəni Gürcüstanın dünyaya açılan pəncərəsi adlandırıb. Gürcüstan ərazisindən keçməklə Türkiyəyə iki önəmli neft və qaz boru kəmərinin çəkildiyini xatırladan prezident bildirib ki, Qars-Tiflis-Bakı dəmir yolu layihəsinin reallaşması nəticəsində Gürcüstan Avropa dəmir yolu şəbəkəsinə qoşulmuş olacaq. M. Saakaşvili Türkiyənin Avropa İttifaqına üzvlüyü prosesinə toxunaraq deyib ki, Avropanın Türkiyəyə ehtiyacı var: “Türkiyə Avropa üçün təzə qan, təzə enerji deməkdir. Türkiyənin Avropa İttifaqına daxil olması Avropanın iqtisadiyyatı üçün əlavə güc olmaqla yanaşı, qitədə daha yaxşı gələcəyin inşa edilməsinə də şərait yaradacaq. Dünya çox sürətlə dəyişir və avropalı siyasətçilər də əvvəl-axır bunu anlayacaqlar. Biz türkiyəli həmkarlarımıza bu yolda böyük uğurlar və şans diləyirik. Çünki sizin uğurunuz bizim uğurumuzdur”. Qeyd edək ki, M. Saakaşvilinin Türkiyəyə səfəri sabah başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR