2006-cı ildə İranda azərbaycanlıların həbsi ilə bağlı statistik məlumatlar hazırlanır
20 dekabr 2006 14:49 (UTC +04:00)
Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsi (ASMMK) “İranlı Bəşər Haqları Qurumu” Təşkilatı və “İran Müxbirləri Dərnəyi” Məhbusları Müdafiə Komitəsi ilə əməkdaşlıq haqda saziş imzalayıb. ASMMK-nın Türkiyədə mühacirətdə olan sözcüsü Əlirza Quluncu APA-ya açıqlamasında bildirib ki, qurum İranda insan hüquqları sahəsində yaranan vəziyyətlə bağlı fəaliyyət istiqamətlərini genişləndirir. Ə. Quluncu 2006-cı ildə Güney Azərbaycandakı həbslər barədə statistik məlumatın hazırlanacağını da deyib: “Bu günə kimi minlərlə Güney Azərbaycan türkü siyasi fəaliyyətinə görə İran rejimi tərəfindən tutulub. Onların bəziləri sərbəst buraxılsa da, məhkumluqları üzərlərindən götürülməyib. Bir neçə gün öncə isə məhkəmənin qərarı ilə daha 15 nəfər həbs edilib. Hesab edirik ki, bunun qarşısını almaq üçün İrana beynəlxalq təzyiqin artırılmasına ehtiyac var”. O, bu məqsədlə bir neçə beynəlxalq təşkilatlara müraciət etdiklərini də söyləyib. /APA/
Daxili siyasət
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024