Milli Demokratik Qüvvələr Birliyi “İstiqlal” abidəsi və muzeyinin yaradılması ilə bağlı prezident sərəncamını alqışlayıb

Milli Demokratik Qüvvələr Birliyi “İstiqlal” abidəsi və muzeyinin yaradılması ilə bağlı prezident sərəncamını alqışlayıb
# 20 dekabr 2006 16:07 (UTC +04:00)
Milli Demokratik Qüvvələr Birliyi (MDQB) Sədrlər Şurasının toplantısı keçirilib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Azərbaycan prezidenti İlham Əliyevin “İstiqlal” abidəsi və muzeyinin yaradılması ilə bağlı sərəncamı müzakirə edilib. Qurum üzvləri MDQB-nin bir müddət öncə Azərbaycan Dövlətçilik Tarixi Muzeyinin yaradılması təklifi ilə çıxış etdiyini xatırladaraq ölkə başçısının addımını yüksək qiymətləndiriblər. MDQB Sədrlər Şurası hesab edib ki, “İstiqlal” abidəsi və muzeyinin inşası üçün ən yaxşı ərazi Şəhidlər Xiyabanıdır.
MDQB-nin müzakirə etdiyi digər məsələ ölkənin yol-nəqliyyat sistemində yaranmış vəziyyət olub. Qurum külli miqdarda dövlət vəsaitinin sərf olunmasına və baha başa gəlməsinə baxmayaraq, paytaxtda inşa olunan körpülərdən ikisinin ilin sonuna kimi təhvil verilməsinin planlaşdırılmasına müsbət yanaşıb. MDQB paytaxtda nəqliyyatın tənzimlənməsi və tıxacların aradan qaldırılması üçün yol ötürücüləri, körpülər və yeraltı keçidlərlə yanaşı, çoxmərtəbəli avtomobil dayanacaqlarının tikilməsini vacib sayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR