Mirmahmud Mirəlioğlunun müxalifətin birliyinin yaradılması məqsədilə apardığı danışıqlar nəticəsiz qalıb
21 dekabr 2006 09:50 (UTC +04:00)
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müxalifətin birliyinin yaradılması məqsədilə bir sıra partiyalarla apardığı danışıqlar nəticəsiz qalıb. Bu barədə APA-ya M. Mirəlioğlu özü məlumat verib. Onun sözlərinə görə, muxalifətin inteqrasiyası ilə bağlı müxalifət partiyalarının əksəriyyəti ilə dəfələrlə müzakirələr aparılıb: “Amma indiki mərhələdə hər hansı razılıq əldə olunmayıb. Mən hesab edirəm ki, Azərbaycanın milli problemlərinin həll olunmadığı bir şəraitdə müxalifətin birliyinə ciddi ehtiyac var. Nə qədər ki, müxalifət partiyaları arasındakı problemlər həll olunmayıb, bu birliyə nail olmaq mümkün deyil”. M. Mirəlioğlu onu da qeyd edib ki, dekabrın 24-də KXCP Ali Məclisinin iclası keçiriləcək. İclasda partiyanın 2006-cı ildə fəaliyyətinin nəticələri və 2007-ci ilin fəaliyyət istiqamətləri müzakirə ediləcək. M. Mirəlioğlu iclasda 2008-ci il prezident seçkilərinə hazırlıq və müxalifətdaxili inteqrasiya ilə bağlı məsələlərin müzakirə olunacağını da istisna etməyib. /APA/
Daxili siyasət
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024