ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Kristian Ştrohalın Bakıya iki günlük səfəri başlayıb
21 dekabr 2006 09:26 (UTC +04:00)
APA-nın məlumatına görə, Kristian Ştrohal səfər proqramı çərçivəsində ilk öncə seçkilərin monitorinqi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb. Görüşdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, Azərbaycanın beynəlxaql qurumlar qarşısında üzərinə götürdüyü öhdəliklər və seçkilərin monitorinqini həyata keçirən qeyri-hökumət təşkilatlarının təklifləri müzakirə olunub. Bundan başqa seçkilərin monitorinqini aparan QHT-lərin fəaliyyətinin koordinasiya edilməsi də əsas müzakirə obyektlərindən biri olub. Qeyd edək ki, Kristian Ştrohalın səfər proqramına xarici işlər naziri Elmar Məmmədquliyev, siyasi partiya liderləri və hüquq müdafiəçiləri ilə görüşlər daxildir. /APA/
Daxili siyasət
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
16:05
2 may 2024
Milli Məclisin sədri: Azərbaycan dostluq şəraitində yaşayan müxtəlif etnik və dini qrupların evidir
10:53
2 may 2024