ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri bir sıra müxalifət partiyalarının liderləri ilə görüşüb
21 dekabr 2006 16:10 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Kristian Ştrohal Azərbaycanın bir sıra müxalifət partiyalarının liderləri ilə görüş keçirib. Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu, ASDP həmsədri Araz Əlizadə, ALP-nin sədr əvəzi Əvəz Temirxan iştirak ediblər. AXCP sədri Əli Kərimlinin APA-ya verdiyi məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, mediaya, siyasi partiyalara təzyiqlər müzakirə olunub. Ə. Kərimli bildirib ki, seçki qanunvericiliyinin və seçki komissiyalarının tərkibinin dəyişdirilməsi, sərbəst toplaşmaq azadlığının bərpası ətrafında da geniş müzakirə aparılıb: “ATƏT-in Azərbaycan hökumətinə təqdim etdiyi 26 tövsiyə var və o tövsiyələr əsas çatışmazlıqları əhatə edir. Onların hər birinin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıldı. ATƏT-in nümayəndəsi bildirdi ki, 2007-ci ildə Varşava bürosu problemlərin həll olunması üzrə ciddi təşəbbüslər göstərəcək. Həmçinin yeni tövsiyələrin də veriləcəyi gözlənilir. Xüsusilə Seçki Məcəlləsinə dəyişiklik edilməsi, sərbəst toplaşmaq azadlığının bərpası ilə bağlı addımlar atılacaq”. Ə. Kərimlinin sözlərinə görə, ATƏT nümayəndəsi 2007-ci ildə tövsiyələRin yerinə yetirilməsi istiqamətində irəliləyişlərin olacağına ümid etdiyini bildirib. /APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
16:05
2 may 2024