MSK ilin sonuna qədər 66 dairədə monitorinqi yekunlaşdıracaq
25 dekabr 2006 08:40 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası daha (MSK) 28 dairənin monitorinqinə başlayıb. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov məlumat verib. M.Pənahov bildirib ki, 38 dairədə monitorinq başa çatıb və MSK monitorinqin nəticələrini araşdırmağa başlayıb. MSK sədrinin sözlərinə görə, ilin sonuna qədər ümumilikdə 66 dairədə monitorinqlər başa çatacaq. Qalan dairələrin monitorinqinə isə yanvarda yekun vurulacaq və bundan sonra ciddi müzakirələr aparılacaq. /APA/
Daxili siyasət
Müsavat Partiyasının qurultayı keçirilir, İsa Qəmbər başqanlığa yeganə namizəddir
10:56
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024