Beynəlxalq məhkəməyə müraciət etmək üçün iki mindən çox Xocalı sakini yenidən dindirilib
25 dekabr 2006 11:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Xocalının sabiq İcra Hakimiyyəti başçısı, deputat Elman Məmmədov deyib. Onun sözlərinə görə, 2 ildir Respublika Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi beynəlxalq məhkəmələrə təqdim etmək üçün sənəd hazırlayır: “Beynəlxalq məhkəmələrə çıxmaq üçün birinci növbədə Azərbaycan Ali Məhkəməsinin qərarı olmalıdır. Bu qərarı əldə etdikdən sonra proseslər daha da sürətlənəcək”. E. Məmmədov onu da qeyd edib ki, Xocalı soyqrımının növbəti ildönümü ərəfəsində bu günün soyqırım kimi tanınması ilə bağlı Milli Məclisdə yenidən təşəbbüs qaldıracaq. /APA/
Daxili siyasət
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024