Mürşüd Məmmədli ilə vida mərasimi keçirilib
25 dekabr 2006 12:06 (UTC +04:00)
Dekabrın 24-də vəfat etmiş Müsavat Partiyasının Məlis üzvü, AMAL Ziyalı Hərəkatının sədr müavini, sabiq millət vəkili Mürşüd Məmmədli ilə vida mərasimi keçirilib. APA-nın məlumatına görə, vida mərasimində mərhumun yaxınları, bir sıra siyasi partiyaların rəhbərləri və funksionerləri, ziyalılar, mütbuat nümayəndələri iştirak ediblər. Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, yazıçı Sabir Azəri və digərləri çıxış edərək M. Məmmədli ilə tanışlıqları, onun siyasi fəaliyyəti və müsbət keyfiyyətləri haqqında danışıblar. Mərhum sabah doğulduğu Gəncə şəhərinin İmamzadə qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, Mürşüd Məmmədli 67 yaşında dünyasını dəyişib. /APA/
Daxili siyasət
Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib
12:39
6 may 2024
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024