Bank Of Baku

Şəmsəddin Hacıyev: “Təhsil haqqında” qanun layihəsinin müzakirəsi Milli Məclisin yaz sessiyasına qaldı”

Şəmsəddin Hacıyev: “Təhsil haqqında” qanun layihəsinin müzakirəsi Milli Məclisin yaz sessiyasına qaldı”
# 25 dekabr 2006 15:40 (UTC +04:00)
“Təhsil haqqında” qanun layihəsinin müzakirəsi Milli Məclisin yaz sessiyasına qalıb. Bu barədə APA-ya parlamentin Elm və təhsil daimi komissiyasının sədri Şəmsəddin Hacıyev məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi müzakirəyə 2007-ci il fevralın 2-də çıxarılacaq. Gələn il yanvarın 10-dan sonra isə sənəd komissiyada müzakirəyə təqdim ediləcək. Ş. Hacıyev deyib ki, qanun qəbul olunmasına mane olan qüvvələrin mövcudluğu ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir: “Mən bu təsiri hiss eləmirəm. İndi bütün prosedurlar arxada qalıb. Aidiyyəti qurumlar qanunun müzakirəsinə razılıq veriblər. Hamı bu qanunun qəbuluna tərəfdardır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR