Bank Of Baku

Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının iclası keçirilib

Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının iclası keçirilib
# 25 dekabr 2006 16:03 (UTC +04:00)
Bu gün Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Teatr və teatr fəaliyyəti haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Komissiyanın sədri Nizami Cəfərov deyib ki, qanun layihəsi iki oxunuşda qəbul edilib. Onun sözlərinə görə, cəmiyyətdə teatrla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var: “Teatr və teatr fəaliyyəti haqqında” qanun tamaşaların hazırlanması və kütləvi nümayişi ilə əlaqədar yaranan münasibətləri tənzimləyəcək, teatr fəaliyyətinin hüquqi əsaslarını, bu istiqamətdə dövlət siyasətini müəyyən edəcək. İkinci oxunuşdan sonra layihə üzərində xeyli iş aparılıb, yeni müddəalar əlavə edilib, bəzi bəndlər isə çıxarılıb”. Müzakirələrdən sonra qanun layihəsi parlamentə tövsiyə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR