Bank Of Baku

BAXCP İdarə Heyətinin toplantısı keçirilib

BAXCP İdarə Heyətinin toplantısı keçirilib
# 25 dekabr 2006 16:46 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Azərbaycan prezidentinin Dağlıq Qarabağ problemi ilə bağlı ölkəmizin prinsipial mövqeyini əks etdirən son açıqlaması dəyərləndirilib. İdarə Heyəti Azərbaycanın BMT-dəki təmsilçisinin İranda insan hüquqlarının pozulması ilə bağlı qəbul etdiyi qətnamənin əleyhinə səs verməsini pisləyib. Toplantı zamanı BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramının dayandırılması məqsədilə qəbul etdiyi qətnaməyə də münasibət bildirilib. BAXCP İdarə Heyəti İranın nüvə texnologiyasının təkmilləşdirməsi sahəsində atdığı addımları və beynəlxalq birliyin tələblərinə sayğısız münasibətini pisləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR