Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Tehrana, İranın İslam Şurasının sədri Bakıya səfər edəcək

Azərbaycanın xarici işlər naziri Tehrana, İranın İslam Şurasının sədri Bakıya səfər edəcək
# 26 dekabr 2006 08:57 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Əfşar Süleymaninin APA-ya verdiyi eksklüziv açıqlamaya görə, bu il xarici işlər naziri Elmar Məmmədyarovun və səhiyyə naziri Oqtay Şirəliyevin İrana səfərləri nəzərdə tutulub. İran İslam Şurasının sədri Həttat Adilinin, həmçinin bu ölkənin təhsil, tədqiqat və texnologiya naziri Məhəmmədmehdi Zahidinin də Azərbaycana gəlməsi nəzərdə tutulub. Hələlik səfərlərin tarixinin tam dəqiqləşmədiyini deyən səfir gələn il üçün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin də iranlı həmkarını Azərbaycana dəvət etdiyini deyib. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı Azərbaycanla İran arasında danışıqların gələn il də davam edəcəyini deyən Ə. Süleymani danışıqların uğursuz olmadığını vurğulayıb: “Bu məsələ ilə əlaqədar həm iki tərəfli, həm də Xəzəryanı ölkələrin nümayəndələrinin iştirakı ilə danışıqlar davam edəcək. Bu günə qədərki danışıqların səmərəsiz olduğunu demək yanlışlıq olardı. Çünki az da olsa müsbət istiqamətdə dəyişikliklər olur ”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR