Bank Of Baku

Bahar Muradova: “Yaxın gələcəkdə Seçki Məcəlləsində hər hansı dəyişiklik nəzərdə tutulmur”

Bahar Muradova: “Yaxın gələcəkdə Seçki Məcəlləsində hər hansı dəyişiklik nəzərdə tutulmur”
# 26 dekabr 2006 08:58 (UTC +04:00)
“Seçki Məcəlləsinə əsas dəyişiklik seçki komissiyalarının formatının dəyişdirilməsi ilə bağlıdır. Amma yaxın gələcəkdə məcəllədə hər hansı dəyişiklik nəzərdə tutulmur”. APA-nın məlumatına görə, bu fikirləri Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib. Onun sözlərinə görə, Venesiya Komissiyası ilə hökumət və Milli Məclis arasında danışıqlar davam edir və qanunvericiliyə dəyişikliklə bağlı hələlik heç bir razılıq əldə olunmayıb. Növbəti prezident seçkilərinə kimi qanuvericiliyə hər hansı dəyişikliyin edilib-edilməyəcəyinə gəldikdə, B. Muradova bu barədə də əvvəlcədən fikir bildirməyin mümkün olmadığını qeyd edib: “Bugünkü gün üçün hansısa dəyişikliyə ehtiyac yoxdur. Seçki komissiyaları ilə bağlı bizim mövqeyimiz ortadadır. Komissiyalarda dəyişikliyin tərəfdarı deyilik və bunu nəzərdə tutmadığımız üçün yaxın gələcəkdə hər hansı nəticənin olacağını da güman etmirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR