Bank Of Baku

İranın Azərbaycandakı səfiri: “İranın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan kənarda qalması düzgün deyil”

İranın Azərbaycandakı səfiri: “İranın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan kənarda qalması düzgün deyil”
# 26 dekabr 2006 08:59 (UTC +04:00)
Bunu APA-ya eksklüziv müsahibəsində İranın Azərbaycandakı səfiri Əfşar Süleymani deyib. İran bu münaqişəyə ən yaxın dövlət olduğunu deyən səfir ölkəsinin münaqişə tərəflərinin qonşusu olduğunu xatırladıb: “ATƏT-in Minsk Qrupunun amerikalı keçmiş həmsədri Stiven Mənn İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarına qoşulmasının əleyhinə olduğunu bildirmişdi. Amma heç kim ondan Azərbaycanın və Ermənistanın əvəzinə münasibət bildirməsinin hesabını soruşmadı. İran sülh danışıqlarında niyə iştirak etmədiyini söyləmir. Nəzər alınmalıdır ki, İranın imkanları daha çoxdur. Sual oluna bilər ki, ABŞ-ın əvəzinə İran təmsil oluna bilməzmi? Bəziləri deyir ki, Ermənistan sülh danışıqlarında İranın olmasını istəmir. Ermənistan bu məsələdə siyasi manevr edir. Çünki Ermənistan bilir ki, bunu Azərbaycan istəmir. Bu səbəbdən də Ermənistan özünü razı kimi göstərir. Bütün ayrıseçkiliyə baxmayaraq, İranın Azərbaycana münasibəti göz qabağındadır”. Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində qədim abidələrin dağıdılmasına münasibət bildirən Ə. Süleymani tarixi abidələrin qorunmasında İranın dəstək verməyə hazır olduğunu deyib: “Ermənistan ərazisində və Dağlıq Qarabağda Azərbaycan abidələrinin dağıdılmasının qarşısı yalnız beynəlxalq təşkilatların təzyiqi nəticəsində alına bilər. Abidənin dini və ya İslamdan əvvəlki dövrə aid olması əhəmiyyətli deyil. Biz həmişə Azərbaycanı beynəlxalq təşkilatlarda dəstəklədik. Amma ABŞ Dağlıq Qarabağ ərazisində tarixi abidələrin dağıdılması ilə bağlı BMT-də aparılan müzakirələrdə Azərbaycanı dəstəkləmədi. Azərbaycan Avropa Şurasının üzvü olmasına baxmayaraq, çox zaman belə məsələlərdə onlar da Azərbaycanı dəstəkləmirlər. Ya əlehinə səs veriblər, ya da gizlənirlər. Məsələni dini yönümdə şərh etmək istəmirəm. Amma onu bilirəm ki, onlar demədən xristianlığa üstünlük verirlər. Dağlıq Qarabağ münaqişəsinin həll etmək üçün sülh danışıqlarında vasitəçi olanların heç biri müsəlman deyillər”. Səfir İranda yaşayan azərbaycanlıların həbsləri ilə bağlı mətbuatda yayılmış informasiyalara da münasibət bildirib: “İranda bir həftə öncə seçkilər keçirildi. Azərbaycan vilayətləri də seçkidə fəal iştirak etdi. Bu həmin ərazidə yaşayanların siyasi aktivliyinin göstəricisidir. 2006-cı ilin əvvəlində baş verənlərdən isə bəzi qüvvələr siyasi məqsədlər üçün istifadə etməyə cəhd etdilər. İranda vətəndaşların repressiyaya məruz qalması barədə xəbərlər yalandır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR