Bank Of Baku

Mixail Saakaşvili İlham Əliyevin qərarını qəhrəmanlıq adlandırıb

Mixail Saakaşvili İlham Əliyevin qərarını qəhrəmanlıq adlandırıb
# 26 dekabr 2006 09:22 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, M. Saakaşvili Gürcüstana təbii qaz verilməsinə razılaşan Azərbaycan prezidenti İlham Əliyevin addımını qəhrəmanlıq kimi qiymətləndirib: “Rusiya tərəfinin hədələrinə baxmayaraq, Azərbaycanın lideri İlham Əliyev Gürcüstana qaz verilməsi barədə qərar qəbul etdi. Bu, qəhrəmancasına verilmiş bir qərardır. Çox az lider İlham Əliyev kimi davrana bilərdi”. M. Saakaşvili bir il əvvəl Gürcüstan blokadada olarkən Azərbaycanın yenə köməyə gəldiyini xatırladıb. Onun sözlərinə görə, həmin vaxt Azərbaycan ölkə daxilindəki bir sıra istehlakçıların qazını kəsərək dost Gürcüstana verib: “Bu gün Azərbaycan bizə dost olduğunu bir daha sübut etdi. Azərbaycan ona problemlər yaradılması ehtimalına baxmayaraq, seçim etdi və yeni ildən Gürcüstana qaz məsələsində kömək göstərməyə qərar verdi. Azərbaycan ölkə daxilində bir sıra strukturlara qaz verməyərək Gürcüstana ötürəcək”. Mixail Saakaşvili Türkiyənin “Şahdəniz” layihəsi üzrə öz kvotasının bir hissəsini Gürcüstana güzəştə getməsinin də Tiflis üçün çox əhəmiyyətli olduğunu bəyan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR