Bank Of Baku

Müsavat Məclisinin sədri: “Əlövsət Talışxanlı üzr istəməyəcəyi halda, onun məsələsi Divanda yenidən müzakirə ediləcək”

Müsavat Məclisinin sədri: “Əlövsət Talışxanlı üzr istəməyəcəyi halda, onun məsələsi Divanda yenidən müzakirə ediləcək”
# 26 dekabr 2006 09:48 (UTC +04:00)
Bu fikirləri APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü Əlövsət Talışxanlı deyib. Müsavat Divanın onun üzr istəməsi ilə bağlı qərarına münasibət bildirmək istəməyən Ə.Talışxanlı qəzet rəhbərliyinin ona qarşı əsassız təzyiqlərə başladığını bildirib: “Onlar çıxışımdan nəyisə əsas götürüb mənə təzyiq etməyə çalışırlar. Mənim əsas hədəfim Rauf Arifoğlu olub. Çünki o, qəzet səhifələrində partiya funksionerlərinə qarşı böhtan yağdırır. Bunun qarşısının alınmasını tələb etmişəm”.
Partiya Məclisinin sədri Sülhəddin Əkbər isə APA-ya bildirib ki, Divan bu qərarı qəzet kollektivinin müraciəti əsasında çıxarıb: “İclasda Əlövsət Talışxanlının partiyadan çıxarılması məsələsi qaldırılmayıb, Divanda bu məsələ, ümumiyyətlə, müzakirə olunmayıb. Müzakirə, əsasən, qəzetin “Qəfəs” proqramı ilə müqayisə olunması ilə bağlı aparılıb. Əlövsət bəy üzr istəməyəcəyi halda, yəqin ki, Davanda yenidən müzakirə aparılacaq, bu artıq başqa vəziyyətdir”.
Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı da APA-ya açıqlamasında bu qərarı müsbət qəbul etdiyini deyib. Qərarın Divanda yekdilliklə qəbul edildiyini qeyd edən A.Hacılı bunun yerinə yetirilməli olduğunu deyib: “İstənilən halda, Divanın növbəti iclasında bu məsələ yenidən müzakirə olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR