Bank Of Baku

Metyu Brayza: “Biz Türkiyə və Ermənistanı aralarındakı ziddiyyətləri həll etməyə çağırırıq”

Metyu Brayza: “Biz Türkiyə və Ermənistanı aralarındakı ziddiyyətləri həll etməyə çağırırıq”
# 26 dekabr 2006 10:21 (UTC +04:00)
“Biz qətiyyətlə Türkiyə və Ermənistanı aralarındakı ziddiyyətlərin həlli üçün addımlar atmağa çağırırıq”. APA-nın Ermənistanın “Mediamaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanatla ABŞ dövlət katibinin köməkçisinin müavini, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza çıxış edib. Dağlıq Qarabağ münaqişəsinin həllindən əvvəl Türkiyə-Ermənistan münasibətlərində inkişafın mümkün olub-olmaması barədə sualı cavablandıran M. Brayza bildirib ki, hər iki tərəf xoş məram nümayiş etdirərsə, bu, mümkündür: “Münaqişənin uzunmüddətli və ədalətli həllinə regional dəstək verilməsi baxımından Türkiyənin üzərinə önəmli vəzifələr düşəcək. Biz əminik ki, regionda sərhədlərin açılması, ticarət və kommunikasiya əlaqələrinin bərpası Cənubi Qafqazın sabitlik və təhlükəsizliyinə xidmət edəcək. Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş bizi bu məqsədlərə çatmağa yaxınlaşdıracaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR