Bank Of Baku

“Azərbaycanda diffamasiya problemləri” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanda diffamasiya problemləri” mövzusunda dəyirmi masa keçirilib
# 29 dekabr 2006 10:24 (UTC +04:00)
ATƏT-in Bakı ofisinin və “Yeni Nəsil” Jurnalistlər Birliyinin təşəbbüsü ilə “Azərbaycanda diffamasiya problemləri” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə adıçəkilən qurumların təşəbbüsü ilə hazırlanan “Diffamasiya haqqında” qanun layihəsinin son variantı müzakirə edilib. Demokratik Jurnalistlər Liqasının sədri, qanun layihəsinin hazırlanması üzrə işçi qrupun üzvü Yadigar Məmmədli bildirib ki, bu qanunun qəbul olunması mətbuatla dövlət və hökumət qurumları arasında yaranan anlaşılmazlıqlara son qoyacaq və problemlərin hüquqi müstəvidə həllinə zəmin yaradacaq. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib ki, qanun layihəsinin hazırlanmasında əsas məqsəd mətbuat nümayəndələrinin Cinayət Məcəlləsi əsasında cəzalandırılmasına son qoymaqdır. Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev isə layihə ilə bağlı irad və təkliflərini dilə gətirib. O, layihədə ifadə azadlığına qoyulan məhdudiyyətin azaldıldığını söyləyib: “Sənədin Azərbaycan hüquq sistemi ilə uzlaşdırılması vacibdir”. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti Zeynal Məmmədli qanun layihəsinin bəzi müddəalarında və adında anlaşılmazlıqların olduğunu qeyd edib: “Orta təbəqənin adamı diffamasiyanın nə olduğunu anlamır. Yaxşı olardı ki, bu termini saxlamaqla, qanuna daha aydın anlaşılan Azərbaycan dilində bir söz əlavə edək. Məsələn, “Qarayaxma haqqında qanun”. Fikrimcə, bu, daha aydın və başadüşülən olardı”. İşçi qrupun üzvü Qulamhüseyn Əlibəyli layihədə problemlərin və ya anlaşılmazlıqların olduğunu deyənlərlə razılaşmadığını söyləyib. Bununla yanaşı, o, bütün iradların nəzərə alınacağını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR