DAK sədri Cavad Derəxti Azərbaycan xalqını təbrik edib
29 dekabr 2006 12:08 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. APA-nın məlumatına görə, təbrik məktubunda bildirilir ki, bu bayram hər bir azərbaycanlının xalqı və vətəni qarşısında hesabat günüdür: “Dünya Azərbaycanlıları Konqresi istiqlalımıza, müstəqilliyimizə, dövlətçiliyimizə qarşı yönələn hər cür təcavüzlə, riyakar siyasətlə mübarizə apararaq əsrin faciəsi olan Xocalı soyqırımının bütün dünyada azərbaycanlıların soyqırımı kimi qəbul edilməsinə çalışır. Dünya müsəlmanlarının müqəddəs Qurban bayramının ümummilli bayramımızla eyni günə düşməsi güneyli-quzeyli ulu torpaqlarımızın qovuşması, yaralı Qarabağın, Zəngəzurun, erməni qəsbkarları tərəfindən işğal olunmuş bütün dədə-baba yurdlarımızın azad olunması uğrunda haqq işimizə xeyir-duadır. Sizi bu əziz bayramlar münasibətilə ürəkdən təbrik edir, amal-məslək birliyi, sarsılmaz iradə arzulayıram”. /APA/
Daxili siyasət
Deputat: Qazaxın 4 kəndinin qaytarılmasına dirəniş missiyasını indi də Qriqoryan kilsəsinə tapşırıblar
11:36
7 may 2024
Milli Məclis adından Mehriban Əliyevaya təbrik məktubu göndərilib
11:15
7 may 2024
Spiker: Heydər Əliyev böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini davam və inkişaf etdirib
11:09
7 may 2024
Milli Məclisin iclası başlayıb
11:00
7 may 2024