Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzi Azərbaycan xalqını və prezidentini təbrik edib
29 dekabr 2006 13:16 (UTC +04:00)
Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını və prezidentini təbrik edib. Mərkəzdən APA-ya verilən məlumata görə, təbrik məktubunda qeyd olunur ki, insanlar dünyanın, Avropanın inkişafa doğru irəlilədiyi dövrdə yeni ilə yeni uğurlar, nailiyyətlər, sülh və əmin-amanlıq simvolu kimi baxırlar: “Biz avropalılar bəşər tarixinin bu keşməkeşli dövrünü sürətlə addımlayırıq. Azərbaycan bu qısa zamanda bizi addım-addım izləyib, nailiyyətləri və inkişafı ilə bizə çatmağa çalışıb. Çexiyada yaşayan azərbaycanlı dostlarımızın sayəsində Şərqin Avropaya açılan qapısı olan Azərbaycanın tarixi, mədəniyyəti, uğurları və problemləri ilə yaxından tanış olmuşuq. Azərbaycanın inkişafı və son illər əldə etdiyi uğurlar göz qabağındadır. Əminik ki, bu uğurlar yeni ildə də davam edəcək. Arzu edirik ki, yen i il Dağlıq Qarabağ probleminin həlli ili olsun. Cənab prezident, hörmətli Azərbaycan xalqı, sizi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik”. /APA/
Daxili siyasət
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024