Bakıda Azərbaycan-Türkiyə qeyri-hökumət təşkilatlarının I Əməkdaşlıq Forumu keçiriləcək
09 yanvar 2007 11:31 (UTC +04:00)
Bu il mayın sonları, iyunun əvvəllərində Bakıda Azərbaycan-Türkiyə qeyri-hökumət təşkilatlarının I Əməkdaşlıq Forumu keçiriləcək. Bu barədə APA-ya Türkiyədən səfərdən qayıdan Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyev məlumat verib. A.Quliyev bildirib ki, Türkiyəyə səfəri zamanı QHT-lərin I Əməkdaşlıq Forumunun keçirilməsinə dair razılıq əldə olunub. Onun sözlərinə görə, forumun keçirilməsi üçün işçi qrupu yaradılıb, artıq toplantıda qəbul olunacaq fəaliyyət proqramı hazırlanır: “Razılığa əsasən, ildə bir dəfə Türkiyə və Azərbaycan QHT-lərinin birgə əməkdaşlıq forumu keçiriləcək. Forumların keçirilməsində məqsəd beynəlxalq təşkilatlarda birgə əməkdaşlığı gücləndirmək, milli problemlərin həllində birgə dəstək, Avropa Birliyinə inteqrasiya, enerji təhlükəsizliyinin təmini və digər sahələrdə əməkdaşlığı təmin etməkdir”. /APA/
Daxili siyasət
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024