ADP-nin qurultayının vaxtı Ali Məclisin iclasında müəyyənləşəcək
09 yanvar 2007 14:54 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) növbəti qurultayı ilə bağlı hazırlıqlar başlayıb. Bu barədə APA-ya partiya Ali Məclisinin sədri Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, partiya Nizamnaməsinə əsasən qurultay iki ildən bir keçirilir və bu qurultay növbəti qurultay hesab olunur. Toplantının vaxtı Ali Məclisin yanvarın 27-də keçiriləcək iclasında müəyyənləşəcək. A. Şahbazov qurultayın ilin birinci yarısında keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Ali Məclisin iclasında həmçinin ADP-nin 2007-ci il üçün fəaliyyət planı ilə bağlı müzakirələr aparılacaq. /APA/
Daxili siyasət
İranın Azərbaycandakı səfirliyində bayraq endirilib - FOTO
11:03
20 may 2024
Arif Hacılı Müsavat Məclisinin sədri seçilib, başqanın 6 müavini təyin edilib
16:23
18 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
14:12
17 may 2024
Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
10:32
17 may 2024