Bank Of Baku

“Yeni Fikir” Gənclər Hərəkatının həbs edilmiş rəhbərliyi ilə bağlı Ali Məhkəməyə kasasiya şikayəti veriləcək

“Yeni Fikir” Gənclər Hərəkatının həbs edilmiş rəhbərliyi ilə bağlı Ali Məhkəməyə kasasiya şikayəti veriləcək
# 09 yanvar 2007 16:13 (UTC +04:00)
“Yeni Fikir” Gənclər Hərəkatının həbs edilmiş rəhbərliyi ilə bağlı onların vəkilləri bu günlərdə Ali Məhkəməyə kasasiya şikayəti verəcək. Bu barədə APA-ya vəkil Elçin Qəmbərov məlumat verib. Apellyasiya Məhkəməsinin qərarını gec aldıqları üçün Ali Məhkəməyə müraciətin də gecikdiyini bildirən E. Qəmbərovun sözlərinə görə, onlar bu instansiyadan Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə və Apellyasiya Məhkəməsinin qərarından fərqli bir qərar gözləmirlər: “Ona görə də bizim bu müraciətimiz formal xarakter daşıyır. Ali Məhkəməyə müraciət etməkdə məqsədimiz yalnız beynəlxalq məhkəməyə çıxış hüququ əldə etməkdir”. E. Qəmbərov bildirib ki, şikayət ərizəsində əvvəlki məhkəmə instansiyalarının qəbul etdiyi qərarların ləğvi, “Yeni Fikir”çilərə bəraət verilməsi və onlara 500 min avro məbləğində təzminat ödənilməsi tələb olunub. Vəkil həmçinin bildirib ki, “Yeni Fikir”in rəhbəri Ruslan Bəşirlinin səhhətində ciddi problemlər var və kasasiya şikayətində bu məsələ də önə çəkilib.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə Ruslan Bəşirli 7, təşkilatın sədr müavini Ramin Tağıyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Digər müavin Səid Nuriyə isə şərti olaraq 5 il (3 il sınaq müddəti olmaqla) cəza verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR