Bank Of Baku

Separatçı Dağlıq Qarabağ rejimi əsirlikdə olan Azərbaycan hərbçisi Eldəniz Nuriyevi qaytarmağa hazır olduğunu bəyan edib

Separatçı Dağlıq Qarabağ rejimi əsirlikdə olan Azərbaycan hərbçisi Eldəniz Nuriyevi qaytarmağa hazır olduğunu bəyan edib
# 10 yanvar 2007 15:20 (UTC +04:00)
APA-nın “PanARMENİAN”a istinadən verdiyi məlumata görə, bu barədə separatçı rejimin əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar “Dövlət Komissiyası” məlumat yayıb. Məlumatda bildirilir ki, komissiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağ ofisinə müraciət edərək, əsgərin Azərbaycana qaytarılması üçün tədbirlər görülməsini xahiş edib. Komitə üzvləri bir neçə dəfə əsirə baş çəkiblər. BQXK-nin əməkdaşlarına əsgərə baş çəkmək üçün şərait yaradılıb. Qeyd edək ki, 1976-cı il təvəllüdlü E.Nuriyev 2005-ci ilin iyulunda Ağsu rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, cəbhənin cənub istiqamətində, Füzuli rayonu ərazisində 2006-cı il dekabrın 31-də əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin azaraq əsir düşdüyünü açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR