Bank Of Baku

Eldəniz Quliyev “Yeni siyasət” blokundan istefa vermək fikrindədir

Eldəniz Quliyev “Yeni siyasət” blokundan istefa vermək fikrindədir
# 10 yanvar 2007 16:09 (UTC +04:00)
“Yaxın bir həftə ərzində “Yeni siyasət” blokunun fəaliyyətinə aydınlıq gətirilməyəcəyi halda blok üzvlüyündən istefa vermək fikrindəyəm”. Bu açıqlamanı APA-ya “YeS”in Koordinasiya Şurasının üzvü, Azərbaycan Ziyalı Hərəkatının (AZH) sədri Eldəniz Quliyev bildirib. Bir ilə yaxındır blokun qeyri-müəyyən vəziyyətdə qaldığını bildirən E. Quliyev hesab edir ki, “YeS” fəaliyyətini dondurub: “Blokun donunun yazda açılıb-açılmayacağı bilinmir. Ona görə də mən yaxın bir həftə ərzində öz qərarımı vermək fikrindəyəm. Qərarımı bəyanat şəklində cəmiyyətə açıqlayacağam”. Blok üzvü hesab edir ki, qurumun fəaliyyəti ilə bağlı rəsmi qərarın olmayacağı halda qeyri-müəyyən statusla mövcud olmağın heç bir əhəmiyyəti yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR