Bank Of Baku

“Azadlıq” bloku Müsavatın qəbul etdiyi qərarın arxasınca getmək istəmir

“Azadlıq” bloku Müsavatın qəbul etdiyi qərarın arxasınca getmək istəmir
# 10 yanvar 2007 16:10 (UTC +04:00)
“Azadlıq” bloku Müsavat Partiyasının qəbul etdiyi qərarın arxasınca getməmək üçün onlarla birgə mitinqlər keçirmək istəmir. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası təşkilat şöbəsinin müdiri Həsrət Rüstəmov bildirib. İndiki mərhələdə hansı siyasi partiya kütləvi aksiya keçirəcəksə, onun siyasi xal qazanacağını düşünən H. Rüstəmov hesab edir ki, Müsavat da məhz bu baxımdan kütləvi aksiyaya qərar verib: “İndiyə kimi Müsavat bir neçə dəfə aksiya təyin edib, amma sonra prinsipiallıq göstərməyib. Bu dəfə də tələskən qərar verərək aksiya təyin ediblər. Ona görə də Müsavat bu dəfə reytinqini düşünüb aksiyanı təxirə salmamalıdır. İstənilən halda isə biz Müsavatla birgə aksiyalar keçirmək fikrində deyilik”. H. Rüstəmov “Azadlıq” blokunun kütləvi aksiya keçirmək məsələsində tələsmədiyini və situasiyanı analiz etdikdən sonra qərar verəcəyini deyib. Onun sözlərinə görə, bloka üzv partiyaların daxilində müzakirə aparıldıqdan sonra ümumi qərar qəbul olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR