Bank Of Baku

İranda azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan Abbas Lisaninin ailə üzvlərinə təzyiq edilir

İranda azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan Abbas Lisaninin ailə üzvlərinə təzyiq edilir
# 10 yanvar 2007 16:27 (UTC +04:00)
“Xarici hüquq müdafiə təşkilatları və mətbuat vasitələri ilə əlaqə saxladığıma görə bütün ailə üzvlərimizə təzyiq edilir”. Bunu APA-ya açıqlamasında İranda azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan və iki ay öncə növbəti dəfə həbs edilən Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Lisani bildirib. Onun sözlərinə görə, 10 gündür saxlanıldığı həbsxanada aclıq aksiyası keçirən A. Lisaninin mədəsində ağrılar başlayıb. Ruqəyya Lisani qaynı Əkbər Lisaninin polisə çağırıldığını da söyləyib: “Abbas Lisaninin demək olar ki, bütün ailə üzvləri hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Müxtəlif vasitələrdən istifadə edərək onun ailə üzvlərini də şərləmək istəyirlər. Ancaq bu təzyiqlər heç bir nəticə verməyəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR