Bank Of Baku

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib
# 10 yanvar 2007 16:59 (UTC +04:00)
Bu gün üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, sessiyada 2006-cı ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, 2006-cı il muxtar respublika dövlət büdcəsinin icrası və 2007-ci il dövlət büdcəsinin təsdiq edilməsi, Naxçıvan MR Ombudsmanının hesabatı və Ali Məclisi sədrinin fərmanlarının təsdiq edilməsi məsələləri müzakirə olunub. İclasda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov 2006-cı ildə muxtar respublikanın sosial-iqtisadi inkişafının yekunları ilə bağlı məruzə edib. Daha sonra muxtar respublikanın maliyyə naziri Xalid İsgəndərov, vergilər naziri Rafiq Mehdiyev, Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Ombudsman Ülkər Bayramova çıxış ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR