Bank Of Baku

GUAM Sülhməramlı Qüvvələrin yaradılması ilə bağlı işlər fevralın sonuna qədər yekunlaşacaq

GUAM Sülhməramlı Qüvvələrin yaradılması ilə bağlı işlər fevralın sonuna qədər yekunlaşacaq
# 11 yanvar 2007 08:10 (UTC +04:00)
Bunu APA-ya eksklüziv açıqlamasında Ukrayna Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri İvan Androsenko məlumat verib. İ.Androsenkonun sözlərinə görə, hazırda sülhməramlı qüvvələrin strukturu, şəxsi heyətinin sayı, formatı və təşkilati məsələlər üzv ölkələrin Baş Qərargahlarında müzakirə olunur: “Fevral ayında ekspertlərin növbəti görüşü nəzərdə tutulur. Bundan sonra da nümayəndələr görüşəcək və öz təkliflərini irəli sürərək, yekun sənədi imzalayacaqlar. Sülhməramlı qüvvələrin Əsasnaməsi isə bu sənəd imzalanandan sonra təsdiq ediləcək”.
İ.Androsenkonun bildirdiyinə görə, hazırda tərəflər növbəti görüşün yerini müzakirə edirlər. Görüşün Bakıda və ya Kişinyovda keçirilməsi gözlənilir.
İ.Androsenko onu da əlavə edib ki, fevralda yekun sənəd imzalanandan sonra müdafiə nazirlərinin görüşü keçiriləcək və bu sənəd nazirlər səviyyəsində də təsdiq ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR