Bank Of Baku

Bernard Snou: “Yanğınlarla bağlı hesabat artıq ATƏT üzvü olan bütün ölkələrə təqdim olunub”

Bernard Snou: “Yanğınlarla bağlı hesabat artıq ATƏT üzvü olan bütün ölkələrə təqdim olunub”
# 11 yanvar 2007 08:55 (UTC +04:00)
Bu barədə APA-ya verdiyi eksklüziv açıqlamada ATƏT-in iqtisadi və ətraf mühit məsələləri üzrə ofisinin rəhbəri Bernard Snou məlumat verib. O, yanğınlarla bağlı hesabatı ötən il noyabrın 28-də Belçikanın xarici işlər naziri Karl de Quxta təqdim etdiyini deyib. “Hesabatı ötən ilin sonunda ATƏT sədrinə təqdim etdim. Dekabrın 19-da isə cənab Karl de Quxt hesabatı BMT baş katibi Kofi Annana göndərib. ATƏT sədri BMT baş katibindən xahiş edib ki, BMT Baş Assambleyasının üzvlərini bu hesabatla tanış etsin”. ATƏT-in mərkəzi ofisindən isə APA-ya bildiriblər ki, Bernard Snounun hazırladığı hesabatda əsasən Dağlıq Qarabağda yanğınlar törədilmiş ərazilərin durumuna dair göstəricilər öz əksini tapıb. Qeyd edək ki, BMT Baş Assambleyasının ötən il sentyabrın 7-də keçirilən plenar iclasında Azərbaycan ərazilərində törədilən genişmiqyaslı yanğınlarla bağlı qətnamə qəbul olunub. Qətnaməyə əsasən, yanğınlar nəticəsində regiona dəyən ziyanın müəyyənləşməsi, yanğınların ətraf mühitə təsirinin öyrənilməsi, ekoloji əməliyyatın keçirilməsi üçün qiymətləndirmə missiyası yaradılıb. Qətnamədə bildirilir ki, ATƏT missiyası hazırladığı hesabatı 2007-ci ilin 30 aprelinə kimi BMT Baş Assambleyasına təqdim etməlidir. ATƏT-in iqtisadi və ətraf mühit məsələləri üzrə ofisinin rəhbəri Bernard Snounun rəhbərlik etdiyi missiya 7-13 oktyabrda Azərbaycanın işğal edilmiş ərazilərində müvafiq monitorinq keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR