Bank Of Baku

Avropa İttifaqının vahid energetika strategiyasında Azərbaycandan Mərkəzi Avropaya çəkiləcək qaz kəmərinin dəstəklənməsi barədə maddə yer alıb

Avropa İttifaqının vahid energetika strategiyasında Azərbaycandan Mərkəzi Avropaya çəkiləcək qaz kəmərinin dəstəklənməsi barədə maddə yer alıb
# 11 yanvar 2007 09:36 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bildirib ki, rəhbərlik etdiyi qurumun məqsədi Avropanı qloballaşmanın çağırışlarından müdafiə etməkdir. “İqlim dəyişikliklərinə qarşı ümumavropa cavabının verilməsi, enerji təhlükəsizliyin nail olunması, istehlakçılar və biznes sektoru üçün lazımi miqdarda enerji daşıyıcılarının çatdırılmasının təminatı kimi amillər vahid energetika strategiyasının hazırlanmasını zəruri edir. Bu günlərdə elektrik enerjisinin təminatı ilə bağlı yaranmış böhran, Rusiya ilə qonşu dövlətlər arasında başlamış mübahisə bizim milyonlarla vətəndaşa enerji müstəqilliyimizin real əhəmiyyətini göstərdi. Bizə elə bir yeni siyasət lazımdır ki, Avropa İttifaqına enerji daşıyıcılarının çatdırılmasının daha təhlükəsiz həyata keçirilməsini təmin etsin”. Layihədə Rusiyanın adı çəkilmir. Brüsselin dəstəkləməyi planlaşdırdığı layihələr sırasında Xəzərdən Azərbaycan və Türkiyə ərazisindən Mərkəzi Avropaya qaz kəmərinin çəkilməsinə dair layihə də var. Sənəddə qeyd olunur ki, Avropa ittifaqına daxil olmayan ölkələrin qaz nəqli layihələrində iştirakı bu layihələrin koordinasiyasında problemlər yaradır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR