Bank Of Baku

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov: “Növbədənkənar iclasın çağırılması üçün deputatların azı üçdə biri müraciət etməlidir”

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov: “Növbədənkənar iclasın çağırılması üçün deputatların azı üçdə biri müraciət etməlidir”
# 11 yanvar 2007 09:44 (UTC +04:00)
Milli Məclisin növbədənkənar iclasının çağırılması üçün deputatların ən azı üçdə biri müraciət etməlidir. Bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov deyib. A. Nəsirov bildirib ki, hazırda parlamentin növbədənkənar iclasının çağırılmasını tələb edən millət vəkilləri Milli Məclisdə kiçik deputat qrupu ilə təmsil olunur və onların sayı tələbin reallaşması üçün yetərli deyil.
Qeyd edək ki, bir neçə gün əvvəl Milli Məclisdə təmsil olunan “Müsavat” deputat qrupu Tarif Şurasının enerji daşıyıcılarının qiymətini artırması ilə bağlı parlamentin növbədənkənar yığıncağının çağırılması üçün qanunverici orqanın rəhbərliyinə müraciət etmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR