Bank Of Baku

Yanvarın 24-də Strasburqda Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Yanvarın 24-də Strasburqda Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 11 yanvar 2007 11:25 (UTC +04:00)
Yanvarın 24-də Strasburqun Mart Blak Universitetində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya millət vəkili Rafael Hüseynov məlumat verib. Onun sözlərinə görə, “Nizami Gəncəvi və dünya mədəniyyəti” adlanacaq konfransı ötən il Strasburqda yaradılan “Azərbaycan evi” təşkil edəcək. R.Hüseynov konfransda məruzə ilə çıxış edəcəyini, N.Gəncəvinin yaradıcılığı haqqında ətraflı məlumatlar verəcəyini bildirib. Deputatın sözlərinə görə, məruzəsi konfrans zamanı müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR