Bank Of Baku

Ümid Partiyasının sədri İqbal Ağazadə mətbuat konfransı keçirib

Ümid Partiyasının sədri İqbal Ağazadə mətbuat konfransı keçirib
# 11 yanvar 2007 11:59 (UTC +04:00)
Ümid Partiyasının sədri İqbal Ağazadə ölkədə enerji daşıyıcılarının və kommunal xərclərin qiymətinin qalxması və buna etiraz olaraq partiyanın yanvarın 13-nə təyin etdiyi mitinqlə bağlı bu gün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, İ. Ağazadə qiymətlərin qalxmasının qeyri-qanuni olduğunu bildirib və öz fikirlərini hökumət tərəfindən əvvəlcədən əhaliyə xəbərdarlıq edilməməsi ilə əsaslandırıb. O, yeni qiymətlərin əhalinin yaşayış səviyyəsinə uyğun olmadığını bildirib. Partiya sədri aksiya ilə bağlı partiyanın yanvarın 8-də qərar qəbul etdiyini və bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlandığını qeyd edib. Aksiyanın “Nəriman Nərimanov” kinoteatrının qarşısında saat 15.00-da başlanılması nəzərdə tutulub. İ. Ağazadə şəhər rəhbərliyinin aksiyaya razılıq verməyəcəyi halda da mitinqi keçirməkdə israrlı olacaqlarını vurğulayıb. Partiya sədri onu da qeyd edib ki, aksiyada iştirak etmək üçün “Azadlıq” blokunda təmsil olunan partiyalara, Müsavat, AMDP və AMİP-ə müraciət edilsə də, bu günə qədər onlara heç bir rəsmi cavab verilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR