Bank Of Baku

Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı cavabını quruma fevralın sonunda təqdim edəcək

Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı cavabını quruma fevralın sonunda təqdim edəcək
# 11 yanvar 2007 12:06 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel deyib. Həmməruzəçinin sözlərinə görə, Monitorinq Komitəsinin dekabrın 13-də Parisdə keçirilmiş son iclasında onun digər həmməruzəçi - britaniyalı deputat Toni Lloydla birgə Azərbaycana etdikləri son səfərlə (28 oktyabr-3 noyabr) bağlı hesabatın ilkin oxunuşu olub: “Hesabat Avropa Şurası Parlament Assambleyasının yanvarın 22-26-də keçiriləcək qış sessiyası çərçivəsində Monitorinq Komitəsinin iclasında təkrarən müzakirəyə çıxarılacaq. Bundan başqa, hesabatın da daxil olduğu Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib-yetirməməsi ilə bağlı məruzə qurumun yaz sessiyasının gündəliyinə salınacaq”.
A.Herkelin sözlərinə münasibət açıqlayan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə APA-ya bildirib ki, rəsmi Bakı məruzə ilə bağlı cavabını fevralın sonuna qədər təqdim etməlidir və həmin vaxta kimi təqdim edəcək. S.Seyidov, həmçinin, deyib ki, həmməruzəçilərin hesabatının birinci oxunuşu olmayıb, dekabrın 13-də Parisdə, sadəcə, Herkelin yazılacaq məruzə və Azərbaycana səfərlə bağlı fikirləri səslənib: “Həmin iclasda nə mən, nə də Toni Lloyd iştirak etmişik. Məruzənin ilkin variantı bizdə var və ona əsasən, yanvar sessiyası çərçivəsində ilkin münasibətimizi, irad və təkliflərimizi şifahi şəkildə Monitorinq Komitəsinin iclasında bildirəcəyik. Həmin müzakirələrin nəticələrini də nəzərə alaraq, fevralın sonunda cavabımızı göndərəcəyik. Monitorinq Komitəsinin martda keçiriləcək iclaslarında məruzə bənd-bənd müzakirə olunacaq və Azərbaycanın öhdəlikləri yerinə yetirməsi məsələsi AŞPA-nın apreldə keçiriləcək sessiyasının gündəliyinə salınacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR