Bank Of Baku

Siyasi İnnovasiya və Texnologiya Mərkəzi ötən ayın hesabatını açıqlayıb

Siyasi İnnovasiya və Texnologiya Mərkəzi ötən ayın hesabatını açıqlayıb
# 11 yanvar 2007 12:07 (UTC +04:00)
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu dekabr ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Əhmədoğlu İraqın sabiq prezidenti Səddam Hüseynin edamının təkcə ötən ayın yox, ötən ilin hadisəsi olduğunu deyib. Onun sözlərinə görə, bu hadisə Yaxın Şərqdə proseslərin inkişafına təsir edəcək və situasiya daha da gərginləşəcək. BMT Təhlükəsizlik Şurasının İranla bağlı qətnamə qəbul etməsini, Türkmənistan prezidenti Saparmurad Niyazovun vəfatını da mühüm hadisə adlandıran M. Əhmədoğlu dekabrın Ermənistan üçün gərgin keçdiyini qeyd edib. Mərkəz rəhbərinin fikrincə, Azərbaycan dekabr ayında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini növbəti dəfə ortaya qoyub. Gürcüstana gəlincə, Rusiya il münasibətlərdəki gərginlik dekabrda da davam edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR