Bank Of Baku

Müsavat Partiyası yanvarın 28-nə təyin etdiyi kütləvi aksiyanı Xətai rayonu ərazisində keçirməyə qərar verib

Müsavat Partiyası yanvarın 28-nə təyin etdiyi kütləvi aksiyanı Xətai rayonu ərazisində keçirməyə qərar verib
# 11 yanvar 2007 13:27 (UTC +04:00)
Müsavat Partiyası yanvarın 28-nə planlaşdırdığı aksiyanı Xətai rayonunun ərazisində keçirmək qərarı verib. Bu barədə APA-ya açıqlama verən partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə, aksiyanın “Həzi Aslanov” metro stansiyasının yaxınlığından yürüşlə başlaması və “Ukraya” dairəsində mitinqlə davam etdirilməsi nəzərdə tutulub. A. Hacılının sözlərinə görə, aksiyanın keçirilməsi ilə bağlı qərar partiyanın rəhbərliyində qəbul olunsa da, bu barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciəti partiyanın Xətai rayon təşkilatı edəcək. İcra Aparatının rəhbəri aksiyanın keçirilməsinə şəhər rəhbərliyinin razılıq verməməsi üçün heç bir ciddi əsasın olmadığını qeyd edib: “Biz məhz icra hakimiyyətinin kütləvi aksiyalar üçün müəyyənləşdirdiyi yerdə yürüş-mitinq keçirməklə bağlı müraciət etmişik”. Aksiyaya razılıq verilməyəcəyi halda isə A. Hacılı partiya rəhbərliyinin müzakirələrdən sonra müvafiq qərar qəbul edəcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR