Bank Of Baku

Avropa Məhkəməsinin Sərdar Cəlaloğlunun şikayəti ilə bağlı çıxardığı qərar 3 aydan sonra hüquqi qüvvəyə minəcək

Avropa Məhkəməsinin Sərdar Cəlaloğlunun şikayəti ilə bağlı çıxardığı qərar 3 aydan sonra hüquqi qüvvəyə minəcək
# 11 yanvar 2007 14:01 (UTC +04:00)
Qeyd edək ki, İnsan Hüquq və Azadlıqları üzrə Avropa Məhkəməsi bu gün Sərdar Cəlaloğlunun şikayəti üzrə qərar qəbul edib. S. Cəlaloğlunun nümayəndəsi, vəkil Fuad Ağayevin APA-ya verdiyi məlumata görə, müdafiə etdiyi şəxs İnsan Hüquq və Azadlıqları üzrə Avropa Konvensiyasının 3-cü (saxlanma zamanı pis rəftara, işgəncələrə məruz qalma) maddəsinin pozulmasından şikayətçi olub. Avropa Məhkəməsinin qərarına görə, Sərdar Cəlaloğluya dəyən mənəvi ziyana görə 10 000 avro, çəkilmiş xərclərə görə isə 1817 avro ödənilməlidir.
Sərdar Cəlaloğlu APA-ya verdiyi açıqlamada Avropa Məhkəməsinin qərarını ədalətli hesab etdiyini bildirib. O, ödəniləcək təzminatı səhhətindəki problemlərin həllinə və yazdığı yeni kitabın nəşrinə sərf edəcəyini deyib.
Onu da qeyd edək ki, S. Cəlaloğlu Avropa Məhkəməsinə müraciətində özünə dəymiş ziyana görə Azərbaycan hökumətinin 400 000 avro ödənilməsini tələb edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR