Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyətinə mitinqlərlə bağlı məktub daxil olmayıb

Bakı şəhər İcra Hakimiyyətinə mitinqlərlə bağlı məktub daxil olmayıb
# 11 yanvar 2007 14:38 (UTC +04:00)
Qiymətlərin bahalaşması ilə bağlı müxalifət partiyalarının təyin etdiyi kütləvi aksiyalarla bağlı hələlik Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) heç bir müraciət daxil olmayıb. Bu barədə APA-ya BŞİH-nin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. Onun sözlərinə görə, mitinqlərin keçirilməsi ilə bağlı müraciətin daxil olacağı halda şəhər rəhbərliyi qanunvericiliyə uyğun olaraq bu müraciətlərə cavab verəcək. O, BŞİH-nin şəhərin 4 meydanını kütləvi aksiyalar üçün ayırdığını deyib və qanunda aksiyaların keçirilməsini qadağan edən müddəaların olduğunu xatırladıb: “Qanunda nəzərdə tutulan qaydalar çərçivəsində aksiyaya icazə verilə bilər. Qanundan kənar məsələlər meydana çıxsa, aksiya sanksiyalaşdırılmayacaq. Amma hazırda bizə mitinqlərlə bağlı müraciət daxil olmadığından bu barədə konkret fikir bildirmək mümkün deyil”.
Qeyd edək ki, Ümid və Müasir Müsavat partiyaları şənbə gününə mitinq təyin edib və hər iki təşkilat bununla bağlı şəhər rəhbərliyinə müraciət ünvanlandığını bildirib. Müsavat Partiyası isə mitinqlə bağlı müraciəti yaxın günlərdə şəhər rəhbərliyinə təqdim etmək fikrindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR