Bank Of Baku

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi biometrik vizanın tətbiqinə hələ başlamayıb

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi biometrik vizanın tətbiqinə  hələ başlamayıb
# 11 yanvar 2007 15:06 (UTC +04:00)
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ölkəsinə gedənlərə biometrik vizanın (barmaq izlərinin götürülməsi) tətbiqinə hələ başlamayıb. Səfirlikdən APA-ya verilən məlumata görə, yubanma texniki səbəblərlə bağlıdır. Biometrik vizanın verilməsinə martın sonundan başlanacaq. Bu tip vizanın verilməsinin məqsədi qeyri-leqal miqrasiyanın və Britaniyada olarkən oranın qanunlarını pozmuş adamların bir daha Britaniyaya səfər etməsinin qarşısını almaqdır. Hazırda bu tədbir dünyanın 10-dək ölkəsində tətbiq olunur. Belçika və Niderlanddan başqa, bu siyahıdakıların hamısı Afrika və Asiya ölkəsidir. Azərbaycanla yanaşı, bu tədbir Gürcüstan və Ermənistanda da tətbiq olunacaq, 2007-ci ilin sonuna kimi isə dünyanın bütün ölkələrindən Britaniya gedənlərə şamil ediləcək.
Səfirlikdən onu da bildiriblər ki, Britaniyaya getmək üçün ildə Azərbaycandan 5-6 min nəfər müraciət edir, imtina hallarına isə nadir hallarda rast gəlinir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR