Bank Of Baku

Sülhəddin Əkbər: ““Azadlıq” blokunun mitinqlərlə bağlı mövqeyi anlaşılmazdır”

Sülhəddin Əkbər: ““Azadlıq” blokunun mitinqlərlə bağlı mövqeyi anlaşılmazdır”
# 11 yanvar 2007 15:25 (UTC +04:00)
““Azadlıq” blokunun müxalifət təşkilatları ilə birgə mitinq keçirməməklə bağlı mövqe nümayiş etdirməsi anlaşılmazdır. Planlaşdırılan aksiyalarda yalnız bir şüar irəli sürülür ki, bu da sosial tələblərlə bağlıdır. Siyasi tələblər irəli sürülsəydi, blokun belə münasibət bildirməsinə səbəb tapmaq olardı”. Bu fikirləri APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər “Azadlıq” blokunun Müsavatın birgə mitinq keçirməklə bağlı təklifini qəbul etməməsinə münasibət bildirərkən deyib. S.Əkbərin fikrincə, sosial tələblə bağlı tədbirin birgə keçirilməsinə razılığın verilməməsi düzgün deyil. Müsavatın kütləvi aksiyalar keçirməklə bağlı qərar qəbul edərkən digər partiyalarla danışıqların aparılması üçün aksiyanın vaxtını və yerini müəyyən etmədiyini deyən Məclis sədri bu təklifi digər partiyaların qiymətləndirmədiyini qeyd edib: “Təəssüf edirəm ki, onlar bizim bu təşəbbüsə qoşulmadılar. Amma yanvarın 28-dək vaxt var. Partiyaların ayrı-ayrılıqda tədbirlər keçirməsi cəmiyyətə də mənfi təsir edər. “Azadlıq” blokuna daxil olan partiyalar bunu da düşünməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR