Bank Of Baku

Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları azərbaycanlıların hücuma məruz qaldığı Balaxna şəhərinə gedəcəklər

Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları azərbaycanlıların hücuma məruz qaldığı Balaxna şəhərinə gedəcəklər
# 12 yanvar 2007 15:20 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Nijeqorodsk vilayətinin Balaxna şəhərində azərbaycanlılara hücumla əlaqədar sabah bu vilayətə səfər edəcəklər. APA-nın xəbərinə görə, bu barədə Vilayət Müsəlmanlarının Dini İdarəsindən açıqlama verilib. Xatırladaq ki, yanvarın 6-da Balaxna şəhərində 30-dan çox skinhed yerli bazarda çalışan azərbaycanlılara hücum edib. Hadisə zamanı 3 həmyerlimizə xəsarət yetirilib, onlardan 2-si ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı milli, irqi və dini ədavəti qızışdırma maddəsi ilə cinayət işi başlanıb, 8 nəfər saxlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR