Bank Of Baku

YAP Xətai rayon təşkilatının konfransı keçirilib

YAP Xətai rayon təşkilatının konfransı keçirilib
# 12 yanvar 2007 15:29 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının VII konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə 227 konfrans nümayəndəsindən 205 nəfəri iştirak edib. Konfransda sədrin və Nəzarət Təftiş Qrupunun hesabatları dinlənilib, təşkilati məsələlərə baxılıb. YAP Xətai təşkilatının sədri, AFFA prezidenti Ramiz Mirzəyev ötən konfransdan bəri yerli təşkilatın bir sıra uğurlu addımları ilə bərabər nöqsanlarının da olduğunu deyib. Onun sözlərinə görə, 2005-ci il parlament seçkiləri zamanı təşkilatda bir sıra problemlər ortaya çıxıb. Əsas problem isə partiyanın mərkəzi aparatının müəyyənləşdirdiyi namizədlərə alternativ olaraq rayon təşkilatının bəzi üzvlərinin öz namizədliyini irəli sürməsi olub: “Biz onlarla danışıqlar apardıq və 3 nəfərdən başqa digərləri öz namizədliyini geri götürdü. Bir dairədə iki YAP üzvünün namizəd olması təbliğat zamanı bizim üçün problemlər yaradırdı”. R. Mirzəyev bəzi ilk təşkilatlarda üzvlük haqqının mənimsənilməsi hallarının olduğunu və bununla bağlı tədbirlər görüldüyünü qeyd edib. Qiymətlərin artmasına da münasibət bildirən R. Mirzəyevin sözlərinə görə, müxalifət partiyaları bundan istifadə edib əhali arasında çaşqınlıq yaratmaq istəyirlər.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. 35 nəfərlik Şura, 15 nəfərlik İdarə Heyəti və 9 nəfərlik Nəzarət Təftiş Qrupu formalaşdırılıb. Ramiz Mirzəyev yenidən Xətai təşkilatının sədri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR