Bank Of Baku

Azərbaycan Ermənistanın silahlanmasının qarşısının alınması üçün NATO və ATƏT çərçivəsində xüsusi müfəttişliyin yaradılması məsələsini qaldıracaq

Azərbaycan Ermənistanın silahlanmasının qarşısının alınması üçün NATO və ATƏT çərçivəsində xüsusi müfəttişliyin yaradılması məsələsini qaldıracaq
# 15 yanvar 2007 08:22 (UTC +04:00)
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat daxil olub. Mənbənin məlumatına görə, NATO və ATƏT çərçivəsində dövlətlərin təklifi ilə belə müfəttişliyin yaradılması təcrübəsi mövcuddur.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Ramiz Məlikov isə bu cür məsələlərin beynəlxalq təşkilatlar qarşısında Müdafiə Nazirliyi deyil, hökumət səviyyəsində qaldırıldığını deyib.
Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Zahid Oruc APA-ya açıqlamasında belə bir müraciətin edilməsini mümkün sayıb: “Biz bu məsələni NATO rəhbərliyi səviyyəsində qaldırmağı, xüsusi müfəttişliyin yaradılması təklifi ilə çıxış etməyi planlaşdırırıq. Ermənistanın silahlanması Avropada təhlükəsizliyə cavabdeh olan qurumlar tərəfindən araşdırılmalıdır”.
Z.Orucun sözlərinə görə, Azərbaycanın NATO və digər beynəlxalq təşkilatlarla imzaladığı əməkdaşlıq haqqında müqavilələrdə bu cür məsələlərlə bağlı müraciət etmək proseduru əksini tapıb: “NATO-nun nüvə, kimyəvi və adi silahların yayılmaması ilə mübarizə sahəsində çox güclü resursları var. Bu sahədə alyans istənilən dövlətə ciddi və sərt sanksiyalar tətbiq edə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR