Bank Of Baku

ADP-nin hakimiyyətə əməkdaşlıq təklif etməsi müxalifət partiyaları arasında qarşıdurma yaradıb

ADP-nin hakimiyyətə əməkdaşlıq təklif etməsi müxalifət partiyaları arasında qarşıdurma yaradıb
# 15 yanvar 2007 10:41 (UTC +04:00)
Bu fikirləri APA-ya Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ADP sədrinin müavini Yaqub Abbasovun təmsil etdiyi partiyanın hakimiyyətə əməkdaşlıq təklifi edəcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hakimiyyətə qarşı radikal mövqedə dayandığını bildirən bir partiyanın sədr müavinin hakimiyyətə əməkdaşlıq təklifi təəssüf doğurur.
ADP-nin də təmsil olunduğu “Azadlıq” blokunun üzvü Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə Y. Abbasovun müavin olmasına baxmayaraq, partiya adından danışmaq səlahiyyətinin olmadığını qeyd edib: “Partiya adından danışmaq yalnız birinci müavin Sərdar Cəlaloğlunun səlahyyətindədir. Ona görə bu fikirləri partiyanın mövqeyi hesab etmirəm. Digər tərəfdən isə həqiqətən də hakimiyyətlə müəyyən məsələlərdə əməkdaşlığa ehtiyac var. Amma bu müxalifətin davamlı xahişləri ilə olmamalıdır”.
ADP sədrinin müavini Y. Abbasov isə APA-ya açıqlamasında müxalifət partiyalarının və müttəfiqlərinin bu çıxışlarına baxmayaraq, ADP-nin bu məsələyə yenidən baxmaq və qərarını dəyişmək fikrində olmadığını vurğulayıb. O, ADP-nin atacağı addımları partiyanın özü tərəfindən müəyyənləşdirildiyini qeyd edib: “Baxmayaraq ki, partiya “Azadlıq” bloku ilə birgə mübarizə aparır, qəbul etdiyimiz qərarlarda sərbəstik. Biz heç kimin qarşısında öhdəlik götürməmişik. Digər tərəfdən bu fikirlə razı deyillərsə, onlar məlumatsızdırlar və xəbərləri yoxdur ki, milli forumun keçirilməsi ilə bağlı təşəbbüs qrupu yaradılıb və burada həm Müsavatın, həm də AXCP-nin nümayəndəsi təmsil olunur. Forumda YAP-ın da iştirakı nəzərdə tutulub”. Y. Abbasov bəzi şəxslərin ADP-nin hakimiyyətə əməkdaşlıq təklifindən narahat olduğunu qeyd edib: “Vaxtilə hakimiyyətlə bu və ya digər formada işbirliyində olan, parlamentdə təmsil olunan, müxalifətin ümumi maraqlarına zərbə vuran adamlar üçün ADP-nin belə mövqeyini qəbul etmək çətindir. Biz buna fikir vermək niyyətində deyilik, xalqımızın irəli getməsi üçün bu addımı atmalıyıq. Burada hansısa gizli danışıqlar aparmırıq, aparacağımız mübarizənin konturlarını elan edirik. “Azadlıq” bloku da bizim bu mövqeyimizi başa düşəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR