Bank Of Baku

Avropa Komissiyasının xüsusi nümayəndə heyəti Gürcüstana gəlib

Avropa Komissiyasının xüsusi nümayəndə heyəti Gürcüstana gəlib
# 15 yanvar 2007 15:33 (UTC +04:00)
Avropa İttifaqının xüsusi komissiyası Gürcüstanda səfərdədir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, nümayəndə heyətinin tərkibinə Avropa Komissiyasının Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri baş direktorluğunun rəhbəri Hyu Minqarell və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi daxildir. Nümayəndə heyəti bu gün Gürcüstan xarici işlər nazirinin müavini Georgi Mancqaladze ilə görüşüb. Görüşdə Gürcüstanın münaqişə zonalarında həyata keçirilən tədbirlər, Avropanın Yeni Qonşuluq Siyasəti çərçivəsində imzalanmış fəaliyyət planı, münaqişə zonalarında qarşılıqlı etimad əhval-ruhiyyəsinin bərpası, Avropa İttifaqının münaqişələrin sülh yolu ilə həlli prosesinə cəlb olunması, sərhəd nəzarəti ilə bağlı problemlər müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR