Bank Of Baku

VHP sədri Sabir Rüstəmxanlı Türkiyəyə səfərdən qayıdıb

VHP sədri Sabir Rüstəmxanlı Türkiyəyə səfərdən qayıdıb
# 17 yanvar 2007 15:34 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi, deputat Sabir Rüstəmxanlı Türkiyəyə səfərdən qayıdıb. Səfər barədə APA-ya məlumat verən partiya sədrinin sözlərinə görə, o, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə görüş keçirib. Görüşdə Azərbaycanla Türkiyə, həmçinin VHP ilə MHP arasında qurulacaq əlaqələrlə bağlı müzakirələr aparılıb. S. Rüstəmxanlı Türk Dünyası Araşdırmalar Vaqfının təşkil etdiyi konfransda da iştirak edib, Türk Tarix Qurumu və Türk Dil Qurumunda olub. Türkiyənin Qara Qutu nəşriyyatının onun “Göy Tanrı” kitabını təkrar çap edəcəyini bildirib: “Bu nəşriyyatın rəhbərliyi mənim bu günə kimi nəşr olunmuş bütün kitablarımı yenidən nəşr edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR