Bank Of Baku

Sabah Mətbuat Şurası prezidentə müraciət edəcək

Sabah Mətbuat Şurası prezidentə müraciət edəcək
# 17 yanvar 2007 15:47 (UTC +04:00)
Mətbuat Şurası (MŞ) sabah prezident İlham Əliyevə müraciət edəcək. Bu barədə APA-ya MŞ-nın sədri Əflatun Amaşov məlumat verib. Onun sözlərinə görə, müraciət ölkədəki son qiymət artımının kütləvi informasiya vasitələrinin fəaliyyətinə təsiri ilə bağlıdır. Ə. Amaşov bildirib ki, enerji daşıyıcılarının qiymətinin artması qəzetlərin maya dəyərini də artırıb ki, bu da onların indiki satış qiymətləri ilə normal fəaliyyət göstərməsinə mane olur. MŞ sədri müraciətdə qəzetlərin reklam bazarının genişləndirilməsi və mətbuatın inkişafına dövlət yardımının həyata keçirilməsinin xahiş olunduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR