Bank Of Baku

Ukrayna “Nabukko” layihəsində iştirak etmək istəyir

Ukrayna “Nabukko” layihəsində iştirak etmək istəyir
# 17 yanvar 2007 16:28 (UTC +04:00)
Türkiyəyə rəsmi səfər edən Ukraynanın baş naziri Viktor Yanukoviç ölkəsinin “Nabukko” qaz boru kəmərinin tikintisində iştirak etmək istədiyini bildirib. APA-nın xəbərinə görə, V. Yanukoviç Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib ki, Ukrayna belə layihələrdə iştirak etmək üçün lazımi texniki imkanlara malikdir. R. T. Ərdoğan isə bəyan edib ki, Ankara qaz boru kəmərinin tikintisində qonşu ölkənin iştirak etməsi üçün heç bir maneə görmür. Qeyd edək ki, Viktor Yanukoviç rəhbərlik etdiyi Regionlar Partiyasının sədr müavini, deputat Yevgeni Kuşnaryovun ölümü ilə əlaqədar Türkiyəyə səfər proqramını qısaldaraq Ankaradan birbaşa Xarkova uçub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR